Bakı metrosun intihar hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, bir qədər öncə “28 May” stansiyasında 18-20 yaşında bir oğlan özünü qatar reyslərinin üstünə atıb. Onun öldüyü bildirilir. "Bakı Metropolitieni"nin mətbuat katibi Nəsimi Paşayevi faktı təsdiqləyib. Hadisənin səbəbi araşdırılır.
***
Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.
Modern.az