Uşaqlarınızla birlikdə maraqlı və fərqli həftəsonu keçirmək istəyirsinizsə, “Parks&Gardens” jurnalı və "Tamiz Shahar" ASC-nin Böyükşor Bulvarında təşkil etdiyi GÜL KİMİ aksiyasına qoşula bilərsiniz.
Modern.az saytı xəbər verir ki, sentyabrın 5-i və 6-sı saat 18.00-da başlayacaq aksiya zamanı insanlar parkın müəyyən olunmuş yerlərinə və çiçək ləklərinə öz əlləri ilə güllər əkə biləcək. İştirakçılar bağ alətləri, əlcək, gül kolları və digər lazımi avadanlıqlarla təchiz ediləcək. Əkilən güllərə sonrakı günlərdə qulluq etmək imkanı da yaradılacaq.
Aksiyanın məqsədi insanlarda bitki əkmək mədəniyyətinin, əkilən bitkilərə qulluq etmək məsuliyyətinin formalaşdırılması, ekoloji tarazlığın qorunmasında bilavasitə iştirak və şəhərimiz vizual baxımdan gözəlləşdirilməsidir.
Qeyd edək ki, aksiyada 3 yaşdan yuxarı uşaqlar iştirak edə bilər.
Modern.az