Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakini Yalçın Muradova məxsus çantaya baxış zamanı 2 ədəd beşbarmaq aşkar edilərək götürülüb.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsi əməkdaşları tərəfindən Bakı şəhər sakini Azad Cavadova məxsus “Chevrolet” markalı avtomobilə nəzarət qaydasında baxış keçirilərkən “Baykal” markalı pnevmatik tapança aşkar edilib.
Modern.az