Modern.az

35 yaşlı jurnalist: “Bu gün başım dumanlıdır”

35 yaşlı jurnalist: “Bu gün başım dumanlıdır”

5 Sentyabr 2015, 15:24


Bu gün Qol.az saytının readktoru Aydın Bağırovun doğum günüdür. Modern.az saytı bu münasibətlə Aydın Bağırovu təbrik edib. Günün qəhrəmanı özü də Modern.az-la ad günü təəssüratlarını bölüşüb:

“Bu gün 35 yaşım tamam oldu. Bu yaş mənim üçün ötən yaşlarımdan fərqlənir. Surprizlərlə dolu bir gün oldu 5 sentyabr. Səhər saat 10-da yuxudan ayılanda gördüm ki, mənə gələn təbriklərin sayı 100-ü keçib. Dostlar, tanışlar o qədər  xoş sözlər yazıblar ki... Xüsusilə də dostum Aslanın bu gün səhər mənə yazdığı çox gözəl sözlər mənim üçün ən gözəl təbrik mesajı oldu. Baxıram ki, Facebook-da da dost-tanışlar  doğum günümlə bağlı xoş arzular yazırlar. Hazırda 35 yaşımın gətirdiyi xoşbəxtliyi, sevinci yaşayıram. Başım dumanlıdır”. 

Leyla Əfqan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu