Modern.az

PKK-nın 300 milyon dollarlıq yeni ticarəti

PKK-nın 300 milyon dollarlıq yeni ticarəti

5 Sentyabr 2015, 23:10

 

Modern.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, silah və narkotik alveri edən PKK terror təşkilatı indi də miqrant ticarəti ilə məşğuldur.

Bu barədə Türkiyənin “Star” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Türkiyənin Suriya sərhədində təşkilatlanan və Kobanini mərkəzə çevirən PKK razılaşdıqları qaçqınları əvvəlcə Egey dənizinin sahil şəhərlərinə, sonra isə müxtəlif yollarla Avropaya keçirir.

Hər miqrantdan adam başına 3-5 min avro alan terrorçuların bu ticarətdən illik gəlirinin 300 milyon dollardan çox olduğu təxmin edilir.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu