Modern.az

Quraqlığa görə su müharibəsi başlaya bilər

 Quraqlığa görə su müharibəsi başlaya bilər

5 Sentyabr 2015, 23:43

 

Alimlərin son hesablamalarına görə tezliklə Yaxın Şərqdə içməli su uğrunda müharibə şəraiti yarana bilər.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, mütəxəssislər əmindirlər ki, ciddi şirin su qıtlığı əsrin dörddəbirindən sonra güclü hiss ediləcək.

Yaxın Şərqin 13 dövləti artıq bu problemi özündə hiss edir, ancaq yaxın gələcəkdə situasiya daha kritik olacaq. Hazırda şirin su ilə bağlı daha ağır vəziyyət Misirdə hiss edilir, bu ölkədə 80 milyon insan özünü su ehtiyatı ilə təmin edə bilmir. Problemin kökü ondadır ki, Nil çayı əhalinin tələbatını ödəyə biləcək həddə imkanında deyil. Su qıtlığı daha çox kiçik kəndlərdə özünü göstərir. Bu yerlərdə yerli sakinlər öz məhsulunu yetişdirmək və heyvan saxlamaq imkanından məhrumdur.

Xüsusilə ağır vəziyyət Yəmənin paytaxtı Sanada da qeydə alınıb. Mərakeşdə keçən il yığılan məhsul üç dəfə azalıb. Bu, daha çox ağac kəsilməsi, eləcə də iqlim dəyişikliyi ilə bağlıdır. Alimlər hesab edirlər ki, yaranmış situasiyadan çıxış yolu var. Onların fikrincə, müharibədən yayınmaq üçün çirkab sularını təmizləyən texonologiya yaratmaq lazımdır.

 

Modern.az      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu