Görkəmli dilçi və türkoloq alim - akademik Ağamusa Axundov sentyabrın 5-də vəfat edib.
Modern.az saytı bildirir ki, xəbər verir ki, bu barədə "Azadlıq" radiosuna mərhumun yaxınları məlumat veriblər.
Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi.
O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri çalışırdı.
Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində doğulub.
Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955-ci illər) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965).
Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961-ci illər), dosenti (1961-1967), universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1999) olub.
AMEA-nın həqiqi üzvü (2007), Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990) idi.