ABŞ-da prezident seçkiləri yarışında Respublikaçılar Partiyasının favorit namizədi, milyarder Donald Tramp Demokratlar Partiyasının aparıcı namizədi Hillari Klintonu 5 faiz üstələyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, SurveyUSA-nın apardığı sorğuya əgər ABŞ-da prezident seçkiləri sentyabrın 6-da keçirilsəydi Tramp seçicilərin səsinin 45 faizini, Klinton isə 40 faizini toplaya bilərdi.
Bu ilin may ayında keçirilən sorğuda Klinton 58 faiz, Tramp isə 20 faiz nəticə göstərmişdi. Xanım Klintonun dövlət katibi işlədiyi zaman şəxsi poçtundakı yazışmalarla bağlı qalmaqal seçicilərin ona etibarını azaldıb.
Modern.az