Modern.az

Ermənistanda daha üç hərbçi öldü

Ermənistanda daha üç hərbçi öldü

6 Sentyabr 2015, 23:58


Vardenis-Martuni yolunun 12-ci kilometrliyində 1985-ci il təvəllüdlü S.Q.nin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun hərəkət zolağından çıxaraq ağaca çırpılıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, sürücüdən başqa sərnişinlər, 1977-ci il təvəllüdlü Q.M., onun həmyaşıdları Q.S. və Q.V. müxtəlif dərəcəli xəsarətlərlə Vardenis şəhərindəki hərbi qarnizon hospitalına gətiriliblər.

Həkimlər sentyabrın 5-də baş verən qəzada yaralanan Q.M.nin vəziyyətini orta ağır, qalanlarınkını ağır kimi qiymətləndiriblər. 1986-cı il təvəllüdlü T.S. hospitala aparılanda yolda ölüb.

Sentyabrın 6-da isə Q.S. ilə Q.V. hospitalda ölüblər. Məlumatda ölənlərin və yaralananların hamısının Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları olduğu bildirilir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu