Modern.az

Biz 2 xal itirdik, nəticədən narazıyam - AFFA prezidenti

 Biz 2 xal itirdik, nəticədən narazıyam - AFFA prezidenti

7 Sentyabr 2015, 00:07

 

Modern.az xəbər verir ki, Azərbaycan yığmasının Malta səfərindəki göstərdiyi nəticə rəhbərliyi qane etməyib.

Bu gün "Avro-2016"nın seçmə mərhələsində 8-ci turunda Malta ilə səfərdə 2:2 hesabı ilə bərabərə qalan Azərbaycan yığması məğlubiyyətsiz seriyanı davam etdirməsinə baxmayaraq, matçdan sonra jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev nəticədən narazı qaldığını bildirib:"Pis çıxış etmədik, ancaq qələbə qazanmadıq. Düşünürəm ki, biz bu gün 2 xal itirdik. Qələbə qazanmaq lazım idi. Nəticədən narazıyam. Yaxşı şansımız vardı, amma qələbəni əldən verdik".

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu