Modern.az

Kürdlər üçün 1915?

Kürdlər üçün 1915?

7 Sentyabr 2015, 09:38

Yazıma bu başlığın qoyulmasından yanlış məna çıxarılmasının tərəfdarı deyiləm.  Qətiyyən Türkiyənin   Güney Doğu vilayətlərində yaşayan kürd qardaşlarımızın buradan köçürülməsinə haqq qazandırmaram. Bu onsuz da mümkün deyil. Bütün kürd əhali PKK-lı da olsa və hamısı  S. Demirtaşın eş başkan olduğu və  PKK ideolojisi ilə yüklənmiş partiyasına üzvlüyə ərizə də yazsa Türkiyə bunu etməz... Amma onu bu gün etməz. Sabah nə olacağını bilmədiyimizdən onun yorumunu da buraxmalıyıq gələcəyə. Fəqət, bir şeyi xatırlatmaq lazımdır ki, bir zamanlar I. Dünya müharibəsinin hələ üfüqdə görünmədiyi zamanlarda bu ərazilərdə indi kürdlərdən qat-qat az  faiz oranına sahib olan ermənilər də bu PKK-çılar kimi heç  dinc durmurdular və quldur dəstələri, “qəhrəman erməni fədailəri”  indiki PKK kimi dağlarda cövlan edir və Osmanlı dövlətini təhdid edirdilər.  Əskər və polisə hücum edib, eynən indiki kimi dövlətə zərbələr vurmağa başlayırdılar. Onlar da burada bir müstəqil dövlət qurmaq istəyirdilər. Eynən PKK kimi. 1914 I.Dünya müharibəsi başlanana qədər ermənilərin irili- xırdalı 50-yə yaxın üsyanı olmuşdu. İndiki “çözüm sürəcinə”  bənzər danışıqlar da olmuşdu  və indiki HDP-yə çox bənzəyən Erməni İnqilabçı Federasyonu- Daşnaksütyun Partiyası da qandan bəslənən siyasi terror təşkilatı  olarak Demirtaş və onun yanındakılar kimi yekə-yekə danışmağa başlamışdılar.  Zavallı Osmanlı da o zaman  bu onun iç məsələsi olduğundan  erməni daşnaklarının və digər erməni örgütlərinin nazı ilə çox oynamışdı. Amma müharibə başlayanda artıq səbr kasası daşdı və erməni əhalinin bu ərazillərdən köçürülməsi qaçınılmaz oldu. Hara köçürüldü ermənilər? Böyük hissəsi indiki Suriya ərazisinə. O zaman buralar Osmanlı imperatorluğunun əraziləri idi. Hələ əldən çıxmamışdı.

...İndi Suriyada “it yiyəsini tanımır”. Bilinmir nə olacaq bu ərazilərin və  Suriya adında yapay dövlətin taleyi. O vaxt da eləydi.   Mənim elə fikrim yoxdu ki, deyəm Türkiyə  məcbur olub bu PKK sorununu həll etmək üçün 1915 27 May Sevk və Tehcir qanununa  bənzər bir qanun qəbul eləsin. Yuxarıda dedim ki, bunu Türkiyə etməz. Amma bu gün etməz.  Sabah çıxış yolu qalmayınca 1915 variantı da məsələni çözmək üçün bir variant ola bilməzmi?  Çünki üfüqdə yeni müharibənin , bəlkə də III. Dünya müharibəsinin işartıları görünməkdədir...

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu