Modern.az

Bakı Uşaq Teatrının hansı yenilikləri olacaq?

Bakı  Uşaq Teatrının hansı yenilikləri olacaq?

7 Sentyabr 2015, 09:42



Bakı  Uşaq Teatrı 14-cü  teatr  mövsümünə start verir. Yeni mövsümün başlanması ilə əlaqədar olaraq, Teatrın direktoru, bədii rəhbəri  İntiqam Soltan  yeni  iş planını açıqlayıb.

21 yanvar –1 fevral  2016-cı il  tarixlərində  İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcir Teatr Festivalına dəvət almış Bakı Uşaq Teatrı səfərə hazırlaşır. Və teatrda bu yönümdə hazırlıqlar gedir.
26 sentyabr -  Türk dili günü olması ilə əlaqədar olaraq,  teatr  məhz həmin gün mövsümün açılışına start verəcək. Açılışda  Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında  rejissor İntiqam Soltanın quruluşunda eyniadlı tamaşa nümayiş olunacaq.

“Hər zaman maarifləndirmə funksiyasını həyata keçirən teatr  bu il  məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında  daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək.

Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa  hazırlanacağı planlaşdırılır”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu