Modern.az

Heydər Əliyev Fondunun dəstəyilə daha bir bağça açıldı

Heydər Əliyev Fondunun dəstəyilə daha bir bağça açıldı

7 Sentyabr 2015, 10:27

Modern.az xəbər verir ki, Füzuli rayonunun Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən uşaq bağçasının açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyev Fondunun son illər cəbhə bölgəsində yerləşən Füzuli rayonuna və füzulililərə göstərdiyi diqqət və qayğıyadan danışıb.

Alı Alıyev bildirib ki, son dörd ildə Heydər Əliyev Fondu Füzuli rayonunda 4 iri layihə həyata keçirib.
“2012-ci ildə Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir standartlara cavab verən məktəb binası, 2014-cü ilin avqust ayında Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi, Horadiz şəhərində 100 çarpayılıq, ikimərtəbəli körpələr evi tikilərək istifadəyə verilib”-deyən Alı Alıyev Bala Bəhmənli kəndində yeni uşaq bağçasının istifadəyə verilməsinin cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər üçün xüsusi bir töhvə olduğunu vurğulayıb.

İkimərtəbəli 60 çarpayıdan ibarət olan körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar formalaşdırılıb, uşaqların istirahəti üçün geniş imkanlar təşkil olunub. Bağçada uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.










Modern.az    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu