Modern.az

Azərbaycanın 23-cü maliyyə naziri - Yəməndə işləmiş iqtisadçı

Azərbaycanın 23-cü maliyyə naziri - Yəməndə işləmiş iqtisadçı

İqtisadiyyat

7 Sentyabr 2015, 10:47


Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifovun ad günüdür. Modern.az saytının məlumatına görə, 54 yaşı tamam olub.

Samir Samir Rauf oğlu Şərifov 7 sentyabr  1961-ci ildə   anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin  Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib , magistr dərəcəsi alıb.  

1983 – 1991-ci illərdə keçmiş SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində  Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası), iqtisadçı, 1991 - 1995-ci illərdə  Azərbaycan Respublikasının  Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini, 1995-2001-ci illərdə Azərbaycan Respublikası  Milli Bankında, Departament direktoru, baş direktor vəzifələrində çalışıb.
 
S.Şərifov 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru olub.  
2006-cı il aprel ayından  isə Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə maliyyə naziri vəzifəsinə gətirilib.
S.Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor  postunu da tutur.
2003-2006- cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə  Hökumət Komissiyanın sədridir.

Evlidir, üç övladı var. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası elan edilən vaxt yaradılıb. O zamandan indiyədək Azərbaycanın maliyyə Nazirliyinə 23 məmur rəhbərlik edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama