Bu gün səhər saatlarında Ermənistan hökumətinin binasında fövqəladə hadisə baş verib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik xidmətinin 36 yaşlı əməkdaşı Lyudviq Ovannisyan intihar etmək məqsədilə özünü güllələyib.
Başından yaralanan Ovannisyan ağır vəziyyətdə 1 saylı Universitet Kliniki Xəstəxanasına çatdırılıb. Onun hazırda reanimasiya olduğu, həkimlərin həyatını xilas etmək üçün çalışdıqları bildirilir.
Təhlükəsizlik xidməti əməkdaşının intihar etmək istəməsinin səbəbi hələ ki açıqlanmır.
Modern.az