Modern.az

Qızı itkin düşən ata: “Özümü yandıracam!”

Qızı itkin düşən ata: “Özümü yandıracam!”

7 Sentyabr 2015, 12:11


“Qızımdan heç bir xəbər yoxdur. Ümumiyyətlə, bu işlə maraqlanan da yoxdur”. Bunu Modern.az saytına Bakıda qızı itkin düşən əslən Kəlbəcərdən olan Elçin Muxtarov bildirib.

O, hüquq-mühafizə orqanlarının işindən narazıdır: “Maraqlanan yoxdur, qızımı tapa bilmirlər. Çıxış yolu özümə od vurmaqdır. Üstümə benzin töküb özümü yandıracağam”.

Əlavə suallar vermək istəsək də, Elçin Muxtarov əsəbi halda telefonu qapadıb.

15 yaşlı Kəmalə Muxtarova sentyabrın 2-də saat 13:15 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu