Modern.az

Fazil Mustafa yenə eyni dairədən deputatlığa namizədliyini irəli sürdü

Fazil Mustafa yenə eyni dairədən deputatlığa namizədliyini irəli sürdü

7 Sentyabr 2015, 12:15


Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bu ilin noyabrında keçiriləcək parlament seçkilərində yenidən namizədliyini irəli sürüb. Modern.az xəbər verir ki, Fazil Mustafanın Milli Məclisə seçkilərdə namizədliyi Böyük Quruluş Partiyası tərəfindən yenidən 26 saylı Sabunçu 1-ci seçki dairəsindən (Bakıxanov qəsəbəsi) irəli sürülüb.
“Bu seçkilərdə bizi dəstəkləyən, dualarını bizlərdən əsirgəməyən hər kəsə öncədən təşəkkürümü bildirirəm. Allah bizləri insanlara xidmət etməkdən, cəmiyyətimiz üçün faydalı işlər görməkdən məhrum etməsin!”-deyə F.Mustafa namizədliyi haqda danışarkən bildirib.
F.Mustafa hazırda da Milli Məclisdə həmin dairəni təmzidl edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu