Modern.az

İŞİD-çi qadını küçədə gəzdirdilər

İŞİD-çi qadını küçədə gəzdirdilər

Təhsil

7 Sentyabr 2015, 14:03



İspaniya polisi İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına üzv yığmaqda günahlandırılan əslən Əlcəzairdən olan bir qadın şübhəlini əlləri qandallı şəkildə küçələrdə gəzdirib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İspaniya təhlükəsizlik gücləri Gandia şəhərində İŞİD-ə üzv toplamaqda günahlandırılan 18 yaşındakı qadını əməliyyat zamanı həbs edib.

Adının Raja E. olduğu bildirilən gənc qadın, əvvəlki gün evinə təşkil edilən basqında həbs olunduqdan sonra əlləri qandallı şəkildə maskalı polislərin müşayiəti ilə şəhər sakinlərinin gözləri qarşısında küçələrdə gəzdirilib.

Xalqın böyük marağını cəlb edən əməliyyat zamanı şübhəlinin evində bəzi dəlillər də götürülüb. Polis internet üzərindən İŞİD-ə üzv toplamağa çalışmaqla günahlandırılan gənc qadının Türkiyə üzərindən Suriyaya getməyı hazırlaşdığını bəyan edib. Qadının hələ də Əlcəzair pasportu daşıdığı, ancaq uzun illərdir İspaniyada yaşadığı da bildirilir.

İspaniyada son 1 ildə çox sayda müsəlman İŞİD-ə üzv və maliyyə dəstəyi toplamaqda günahlandırılmaqla həbs olunub. Təhlükəsizlik səlahiyyətliləri indiyə qədər təxminən 100 İspaniya vətəndaşının İŞİD-ə qatıldığını düşünür. Bu şəxslərin İspaniyaya döndükdən sonra terror hücumları təşkil edə bilmələrindən narahatlıq keçirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu