Modern.az

Dünyanın ən biabırçı yol döngəsi Azərbaycandaymış

Dünyanın ən biabırçı yol döngəsi Azərbaycandaymış

Təhsil

7 Sentyabr 2015, 15:02


Yəqin ki, çoxlarınız başlığa baxandan sonra fikirləşəcəksiniz ki, Allah bilir, biz Banqladeşin hansısa ucqar yerindən danışırıq.

Nə yazıqlar ki, bu dəfə söhbət Azərbaycandan gedəcək.

Yolu düşənlər bizi tam müdafiə edəcəklər. Söhbət Bakı-Gəncə magistiral yolunun Goran qəsəbəsindən gedir.

Bakı-Gəncə istiqamətində hərəkət edən avtomobil Goranboya dönmək üçün körpünün üzərinə çıxmalı və əks istiqamətdə gələn avtomobillərin yoluna çaxmalıdr.

Nəticədə əks istiqamətdən gələn avtomobillərin yolu ilə 1 km getdikdən sonra Goranboy rayonuna istiqamət alına bilər.

Həmin qatışıqlıqda xeyli sayda qəza baş versə də, səlahiyyət sahibləri burada nizam-intizam yaratmaq fikrində deyillər.

Sözügedən ərazidən keçən, həmin döngədən istifadə edənlər belə bir labirintə heç bir yerdə rast gəlmədiklərini deyirlər.

Deməli, dünyanın ən biabırçı yol döngəsi bizdədir. İnanmayanlar qeyd olunan yerə getməklə vəziyyətin bizim dediyimizdən də ağır olduğunu gözləri ilə görəcəklər.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu