Modern.az

Hikmət Çətin: “AKP Türkiyənin gələcəyi naminə CHP ilə koalisiya qurmalıdır”

Hikmət Çətin: “AKP Türkiyənin gələcəyi naminə CHP ilə koalisiya qurmalıdır”

Təhsil

7 Sentyabr 2015, 15:21


1956-cı ildən bu yana aktiv siyasətin içində olan, Cümhuriyyət Xalq Partiyasına (CHP) sədrlik etmiş, Türkiyə xarici işlər naziri vəsifəsini tutmuş Hikmət Çətin koalisiya hökumətinin qurula bilməməsi ilə bağlı CHP-nin indiki lideri Kamal Kılıçdaroğlunu tənqid edib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Hikmət Çətin “Habertürk”ün əməkdaşının sullarını cavablandırıb: 

- Baykal siyasi arenada həmişə kilid rollarda olub. Seçkidən dərhal sonra Baykal-Ərdoğan fotoşəkili nə ifadə etdi sizə?

- Danışmaq istəmirəm.

- Niyə?

- “Başqa biri olsa nə edərdi?” deyə düşünmədən keçə bilmirəm. Bu qədərini söyləyim, bu gün siyasət səhnəsində bir tək Ərdoğanın strategiyası var. Addım-addım seçkiyə apardı. Kimsə də o strategiyanı poza bilmədi. Baykal uzun illərdir dostumdur,  amma partiyanın ümumi rəhbərinin rəftarı ortada ikən mən o görüşə getməzdim. Onsuz da məni də çağırmazdı.

- Türkiyə Böyük Millət Məclisinin sədri seçkisinə nə deyirsiniz?

- İnana bilmirəm edilən səhvə... CHP-nin hədəfi nə olmalıdır? AKP-dən olan birini seçdirməmək, Baykalı seçdirmək deyil. İkinci mərhələdə Bağçalı “Biz bundan sonra etibarsız səsdən istifadə edəcəyik'” dediyi an məsələ bitmişdi, Baykalın olmayacağı açıq idi. Müzakirəni buraxın artıq. Ekmeleddin İhsanoğluna dəstək olunmalı idi. Prezidentlik üçün o adı təklif edən CHP, Kılıçdaroğludur.

- Niyə Baykal üzərində israr edildi?

- Onu bilə bilmərəm. Bu qədər sadə bir riyaziyyatı necə həll edə bilməzlər? Nə MHP, nə də HDP ilə belə təmas quruldu. Eyni səhv prezidentlik seçkilərində də edildi. İlk dövrdə çıxar öz namizədini, ikinci dövrdə vahid namizədi təşkil et. O qədər sadə ki... Bunu görmək üçün siyasətçi olmağa ehtiyac yoxdur. Adı belə, tələffüz edilə bilməyən bir yoldaş, çox qiymətlidir o ayrı, amma olacaq iş deyil.

- Necə olur yaxşı?

- Siyasi təcrübəsizlikdən koalisiya hökuməti də qurulmadı. O koalisiya doğru bir düstur idi. Kılıçdaroğlu 33 gün sonra “Heç koalisiya danışılmadı” dedi. Eee? Nə danışıldı? O zaman CHP öz partiya proqramını verdi hər halda. İlk gün çıxıb açıqlayacaqdılar, “bunlar bizə koalisiya təklif etmir” deyəcəkdilər. Və bu da prezidentin strategiyasını həyata keçirdi. Oturduğum yerdə hop oturub, hop qalxdım. “Bunlar nə danışırlar, nə edirlər?”. Koalisiya hökuməti haqda qərar vermədən nə danışırsınız?

- Növbəti seçkidə nə olacaq?

- CHP səsini çox olmasa da, artıracaq. “Lazım olsa, əlimi daşın altına qoyaram” fikrini cəmiyyətə yeridə biliblər. Amma çox böyük dəyişiklik olmayacaq. Məsələ kimin gələcəyində deyil, Türkiyənin necə idarə olunacağıdır. AKP Türkiyənin gələcəyi baxımından CHP ilə koalisiya qurmalıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu