Astanada Beynəlxalq Türk Akademiyasında Türkdilli ölkələrin elm və təhsil nazirlərinin IV görüşü başa çatıb. Görüşdə Türkiyə, Azəraycan, Qırğızıstan və Qazaxıstanın təhsil nazirləri və müavinləri, tarix və çoğrafiya elmi üzrə akademiklər, türkoloqlar iştirak ediblər. Görüşdə həmçinin Türkdilli Dövlətlərin Əməkdalıq Şurasının Baş Katibi Ramil Həsənov da iştirak edib.
Modern.az-ın məlumatına görə, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Xıdıralı 2010-cu ildən bəri Türk Akademiyasının həyata keçirdiyi işlərdən və eləcədə Türk dünyasının qloballaşması yolunda görəçəkləri işlərdən danışıb. 2 gün davam edən tədbirdə orta məktəblərin 8-ci sinif şagirdləri üçün Beynəlxlq Türk Akademiyasının hazırladığı ümumi türk tarixini əks edən dərslikdən bəhs olunub. Qazaxıstan Respublikasının təhsil naziri Aslan Sərinjipov qeyd edib ki, dərslikdə 15-ci əsrdən başlayaraq türk tarixi öz əksini tapıb. Və bu türkdilli xalqlarının və türk ellərində yaşayan uşaqların türk tarixini öyrənməsi üçün gözəl təməldir.
Beynəlxlalq Türk Akademiyasıının proqramı çərçivəsində hazırlanan və nəzərdə tutulan dərsliklərin önəmini diqqətə çəkən Türkdilli Dövlətlərin Əməkdalıq Şurasının Baş Katibi Ramil Həsənov, 15-21 əerlərdə türk dünyasının yetişdirdiyi liderlərin , onların türk dünyasınını birləşməsi yolunda apardığı mübarizələri barədə tarix və coğrafiya dərsliklərində mükəmməl tarixlərin əks olunacağına ümid etdiyini bildirib.
Beynəlxalq Türk Akademiyasının prezidenti, professor darxan Xıdıralı qeyd edib ki, məktəblilər üçün dərs vəsaiti kimi nəzərdə tutulan “Ümumi türk tarixi ” dərsliyində mübahisəli məqamlar yoxdur. Dərsliyin ilk nümunələri müzakirə və tanışlıq üçün Azərbaycan, Türkiyə, Qırğısıztan və Qazaxıstandan olan alimlərə və türkoloqlara təqdim edilib.
Türkdilli ölkələrin elm və təhsil nazirlərinin IV görüşündə Azərbaycanı Təhsil nazirinin müavini Firudin Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Modern.az