Modern.az

Avropaya miqrant axını - BƏDBİN STATİSTİKA

Avropaya miqrant axını - BƏDBİN STATİSTİKA

7 Sentyabr 2015, 17:02

Avropa Birliyi son 50 ilin ən kəskin miqrant axını ilə üzləşib. Hər il Aralıq dənizi və Balkan yarımadası vasitəsilə hərəkət edən yüz minlərlə insan Avropa Birliyinin ərazisində sığınacaq almağa çalışır. Son 2 gündə Almaniya Macarıstanda toplaşan 20 min miqrantı humanitar məqsədlərlə öz ərazisinə buraxıb.

Fransa prezidenti Fransua Olland ölkəsinin yaxın 2 ildə 24 min, Britaniyanın baş naziri Devid Kemeron isə 2016-cı ildə ölkəsinin 15 min miqrantı qəbul edəcəyini açıqlayıb. Amma bu tədbirlər belə problemin ağırlığını azaltmağa kifayət etmir. 

Modern.az saytı xarici KİV-ə istinadla Avropaya miqrant axınının miqyasını açıq şəkildə sərgiləyən statistikanı təqdim edir.

Dəniz yolu ilə Avropaya gələn qaçqınlar və qanunsuz mühacirlərin sayı:

2010 – 9 700 nəfər
2011 – 70 000 nəfər
2012 – 22 500 nəfər
2013 – 60 000 nəfər
2014 – 219 000 nəfər
2015 – 239 200 nəfər

2015-ci ilin avqust ayıana qədər Avropaya su yolu ilə gələn 239 min 248 miqrantın vətəndaşlıq mənsubiyyəti :

Suriya  - 81 979 (34 faiz)
Əfqanıstan - 32 581 (12 faiz)
Eritreya - 23 878 (12 faiz)
Somali - 9 964 (5 faiz)
Nigeriya - 9 766 (5 faiz)

Dəniz yolu ilə miqrantların gəldiyi Avropa Birliyi ölkələri :

İtaliya - 102 000 nəfər
Yunanıstan - 134 988 nəfər
İspaniya - 2166 nəfər
Malta - 94 nəfər

2015-ci ildə Aralıq dənizini üzüb keçərkən batan qanunsuz miqrantların aylar üzrə ölüm sayı :

Yanvar – 77 nəfər                           İyun – 10 nəfər
 Fevral – 359 nəfər                          İyul – 130 nəfər   
 Mart – 69 nəfər                              Avqust – 368 nəfər
Aprel – 1265 nəfər                          
May – 95 nəfər 
Ümumi – 2373 nəfər

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu