Rusiyalı iş adamı Qerman Sterliqov Dağlıq Qarabağla əlaqələrini kəsməmək və vaxtaşırı ora gəlib-getmək niyyətindədir. “Bizim vətənə qayıtmağımız o demək deyil ki, Dağlıq Qarabağa qayıtmayacağıq. Ora bizim üçün, belə demək mümkünsə, doğma evimizdir”, - Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, ötən həftə Rusiyaya gedən Qerman Sterliqov belə deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda o qədər böyük olmayan təsərrüfat yaradıb və yerli sakinlər olan tanışları ona dəstək verəcəklər: “Yerli oğlan mənim tərəfdaşımdır. Heç nə dəyişməyib, mənim artıq böyük olan oğlanlarım təsərrüfatı idarə edəcəklər, mən isə ora gedib-gələcəyəm”.
Modern.az