“Rauf Mirqədirov bir neçə gündür ki, müalicə müəssisəsindən çıxarılıb”. Bu haqda Modern.az saytına jurnalistin hüquqlarını müdafiə edən Elmar Süleymanov məlumat verib.
O, Rauf Mirqədirovun yenidən Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına köçürüldüyünü qeyd edib: “Səhhəti elə əvvəlki kimidir, tez-tez spazmaları tutur. Müsbətə doğru irəliləyiş yoxdur, müayinə və analizlərinin nəticəsi bəlli olmadan onu təcridxanaya qaytardılar”.
Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Jurnalist bir müddət əvvəl səhhətində yaranmış narahatlıqla bağlı təcridxananın müalicə müəssisəsinə köçürülmüşdü.
Gülşən RAUFQIZI