Modern.az xəbər verir ki, Almaniya kəşfiyyatının iddialarına görə, İŞİD-in İraqın şimalında kürdlərə qarşı zəhərli qaz istifadə edib. Bu barədə mətbuata açıqlamasında məlumat verən Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Qerhard Şindler deyib ki, deyilənlərlə bağlı kifayət qədər dəlilə sahibdirlər.
Onun sözlərinə görə, İŞİD-in bu qazları haradan əldə etdiyini müəyyənləşdirmək mümkün olmayıb: “Biz Mosul Universitetinin kimya laboratoriyasında müvafiq yoxlamalar aparmışıq. İŞİD-in istifadə etdiyi bu qazlar ya Səddam Hüseyn dövründən qala bilər, ya da onlar yeni istehsal olunmuş ola bilər”. Qeyd edək ki, bundan öncə Almaniyanın “Bild” qəzeti BND-nin əlində İŞİD-in kürdlərə qarşı zəhərli qazdan istifadə etdiyi haqqında dəlillərin olduğunu bildirmişdi.
Modern.az