Modern.az

Üç ayda 3437 yanğın hadisəsində 8 nəfər həlak olub

Üç ayda 3437 yanğın hadisəsində 8 nəfər həlak olub

Ölkə

22 Oktyabr 2010, 10:11

Liftdə qalanların sayı 93 nəfərə çatıb

Fövqəladə Hallar Nazirliyi 2010-cu ilin III rübü ərzində baş vermiş hadisələr üzrə statistik hesabat açıqlayıb. Modern.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki,  bu ilin iyul-sentyabr ayları ərzində fərdi evlərdə 2, mədən qaz-boru kəmərlərində 1 partlayış baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 

Qəza-xilasetmə əməliyyatları nəticəsində 5 partlamamış silah-sursat aşkarlanıb, mənzildə bağlı qapı arxasında kimsəsiz və köməksiz qalanların sayı 82 nəfər olub, onlardan 8-i ölüb.

2 intihar hadisəsinin qarşısını almaq mümkün olub.

Bu ilin III rübünddə liftdə qalma hallarının sayı 52 olub. Belə hallarda liftdə qalanların ümumi sayı 93 nəfər olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatında iyul-sentyabr aylarında baş verən yanğınların sayı 3437 göstərilib. Nəticədə 8 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu