Ukrayna mətbuatı son vaxtlar çoxsaylı tənqidlərlə üzləşən baş nazir Arseni Yatsenyukun tezliklə istefaya göndəriləcəyini xəbər verir. Modern.az Ukrayanın “Apostrof” portalına istinadla xəbər verir ki, prezident Pyotr Poroşenkonun yaxın çevrəsindən sızan məlumata görə, hazırki maliyyə naziri Natalya Yaresko baş nazir postuna ən real namizəddir.
Digər məlumata görə isə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili baş nazirin islahat məsələri üzrə müavini olacaq. Natalya Yareskonun digər müavini isə deputat İqor Kononenko olacaq.
Bundan əvvəl xəbər verilirdi ki, Mixail Saakaşvilinin baş nazir təyin olunması üçün prezident Poroşenkoya ünvanlanan petisiya 25 mindən artıq imza toplayıb.
Vüqar İsmayılov