ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi İrana qarşı tətbiq edilən sanksiyaların ləğv olunma tarixini açıqlayıb. Modern.az adıçəkilən agentliyə istinadla xəbər verir ki, sanksiyalar 2016-cı ilin 1-ci rübündə ləğv olunacaq.
“Bütün lazımi prosedurlar başa çatdıqdan sonra 2016-cı ilin yanvar yaxud fevral ayı üçün sanksiyalar tam aradan qalxacaq”, - agentlik qeyd edir.
Bundan öncə, İranın ali dini lideri Ayətullah Əli Xameneyi sanksiyaların tezliklə ləğv olunmayacağı halda “altılıq” ölkələri ilə əldə olunan nüvə razılaşmasının ləğv ediləcəyini bildirib.
Vüqar İsmayılov