Modern.az

Kilsə qalmaqalı böyüyür - Gürcüstan rəsmisi Mübariz Qurbanlıya məktub yazacaq

Kilsə qalmaqalı böyüyür - Gürcüstan rəsmisi Mübariz Qurbanlıya məktub yazacaq

8 Sentyabr 2015, 15:50


Gürcüstanın Dini Məsələrə üzrə Dövlət Agentliyi ATV telekanalının Qax rayonundakı Müqəddəs Georgi kilsəsində çəkilən videoklipi baxışdan keçirəcək. Modern.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, agentliyin rəhbəri Zaza Vaşakmadze Gürcüstanın İctimai Televiziyasına açıqlamasında videoklipi nəzərdən keçirdikdən sonra ehtiyac yaransa, Azərbaycanın Gürcüstandakı səfiri və azərbaycanlı həmkarı Mübariz Qurbanlı ilə görüşəcəyini deyib. O, Xarici İşlər Nazirliyinin də prosesə qoşulacağını istisna etməyib.

“Bu videonu bizim analitik-informasiya şöbəsi öyrənir. Bütün informasiyalar yoxlandıqdan sonra agentlik qərar verəcək. Lazım olsa, biz prosesə XİN-i də qoşacağıq. Şəxsən Azərbaycan səfirliyinin əməkdaşları ilə görüşüb onlardan izah tələb edəcəyəm. Ehtiyac yaransa, azərbaycanlı həmkarıma yazılı müraciət də edəcəyəm”.

Gürcüstan mətbuatı ATV telekanalının kilsədə çəkdiyi videogörüntünün Youtube şəbəkəsindən çıxarıldığını desə də, kanalın rəsmi saytında hələ də videonun qalmasına etiraz edir. Bundan əvvəl Gürcüstan pravoslav kilsəsi də Müqəddəs Georgi kilsəsində döyüş səhnələrinin yer aldığı videoçarxın çəkilişinə etiraz etmişdi.

Maraqlıdır ki, Gürcüstan televiziyası kilsənin yerləşdiyi Qax rayonunu Gürcüstanın tarixi Eregeti vilayəti kimi təqdim edir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu