Modern.az

İğdır-Azərbaycan Evi Dərnəyinin sədri: “Ermənistanla sərhəd qapısı açıla bilməz”

İğdır-Azərbaycan Evi Dərnəyinin sədri: “Ermənistanla sərhəd qapısı açıla bilməz”

Təhsil

8 Sentyabr 2015, 17:23


Modern.az
xəbər verir ki, Hrant Dink Vəqfi rəhbərlərinin Türkiyənin İğdır vilayətinə gələrək Ermənistanla sərhəd qapısının açılmasına dair tələb səsləndirməsinə İğdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal reaksiya verib. O qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad edilməyincə, Alican sərhəd qapıları açıla bilməz.

“İğdırda yaşayan Azərbaycan türkləri olaraq sərhəd qapılarının açılmasını istəmirik. Sərhəd qapılarının açılması yalnız 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün vətənlərinə qayıtmaları və işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çəkilməsi sonrası mümkün ola bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davutoğlu da dəfələrlə qeyd edib. Hrant Dink Vəqfi rəhbərləri yerli xalqa təzyiq göstərə bilməzlər. Bu günlərdə erməni heyranlığı yenidən çoşub. Xalqların Demokratik Partiyası (HDP) nazirləri ermənilərə soyqırımı edildiyini deyir, indi də sərhəd qapılarının açılmasını istəyirlər. Bu reallığı hamı bilsin ki, türk milləti zədagan millətidir və soyqırımı törətməz. Bundan əlavə, Ermənistanın gözü Van, İğdır, Ərzurumda ola-ola və Azərbaycan torpaqları işğal altındaykən sərhəd qapıları açıla bilməz. Vəqf rəhbərləri Ermənistana təzyiq etsin ki, onlar Azərbaycan torpaqlarından geri çəkilsin və ondan sonra sərhəd qapıları açılaraq gediş-gəliş bərpa olunsun”.

Aytən Zəhra

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu