Modern.az-ın əldə etdiyi məlumata görə, ANS TV “Sharks” MMC-ni sponsorluq haqqında müqaviləyə əsasən borclarının tutulmasına görə məhkəməyə verib.
Məsələ ilə bağlı ANS TV-dən münasibət öyrənməyə çalışdıq.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Modern.az-a açıqlamasında bu barədə məlumatlı olmadığını bildirdi. “Bu məlumatı sizə kim verib bilmirəm. Bu haqda xəbərim yoxdur. Həm də hər deyiləni yazmaq lazımdır? Bu düzgün deyil”?- deyə M.Məmmədov vurğulayıb.
Aytən ZƏHRA