Modern.az

Tovuzda güclü yanğın olub

Tovuzda güclü yanğın olub

Təhsil

8 Sentyabr 2015, 20:41

 

Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində güclü yanğın baş verib.

Modern.az məlumat verir ki,qəsəbə ərazisində biçilmiş taxıl sahələr alovlanmağa başlayıb. Güclü alovun yaxınlıqdakı qazpaylayıcı stansiyaya yaxınlaşması ətrafdakıların həyəcanına səbəb olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

Tovuz YMH-nin avtomobili və canlı qüvvəsi alovu ram edərək baş verə biləcək partlayışın qarşısını alıblar. Biçilmiş ərazinin quru otlarla əhatələnməsi alovu şiddətləndirərək daha geniş əraziyə yayılmasına şərait yaradıb. Yanğınsöndürənlər avtomobillərin hərəkət edə bilmədiyi ərazidə kiçik balonlarla su səpməli olublar.

Yanğın hadisəsi zamanı hər hansı xəsarət qeydə alınmayıb. (Region TV)

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu