Modern.az

Oğrular pulu taksidə qoyub düşdülər

Oğrular  pulu taksidə qoyub düşdülər

Təhsil

8 Sentyabr 2015, 22:22

Qazaxıstanda iki soyğunçu pəncərədən fermerin evinə girib qarət etdikləri pulu sağa-sola xərcləməyə başlayıblar.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, oğrular mənzildən 155 min avro, 150 min dollar və 3 milyon rubl, eləcə də brilliantla bəzədilmiş qızıl əşyaları götürüblər.

Bundan sonra cinayətkarlar əyləncə mərkəzində əyləniblər, qiymətli əşyalar alıblar və qızlara hədiyyə veriblər. Ancaq öz unutqanlıqları ucbatından polislərin əlinə düşüblər.

Məlum olub ki, soyğunçular taksiyə mindikdən sonra 105 min avronu və 40 min dolları avtomobildə qoyub düşüblər. Sürücü düzgün adam olduğundan pull birlikdə polisə gedib. Nəticədə cinayətkarlar yaxalanıblar, onlardan oğurladıqları qalan pul və qiymətli əşyalar da götürülüb. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu