Belarusun Xalq Cəbhəsi Partiyası prezidentliyə namizəd Aleksandr Lukaşenkonun namizədliyinin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına şikayət verib.
Modern.az xarici mediaya istinadən bildirir ki, partiyanın sədri Aleksey Yanukeviçin sözlərinə görə, seçki qanunvericiliyinin pozulması ilə bağlı 50 səhifəlik şikayət yazıblar.
Onun fikrincə, bu pozuntulara Lukaşenkonun təşəbbüs qrupu onun prezidentliyə namizədliyinin irəli sürülməsi üçün imza toplanması prosedurunu pozub. Partiyanın nümayəndəsinin sözlərinə görə, Lukaşenko üçün imza toplanması zamanı administrativ resurslardan istifadə edilib.
Modern.az