...Düz bir gün sonra mənim qənaətim təsdiq olundu. PKK yalnız dağlarda, mağaralarda deyil, PKK kəndlərdə, şəhərlərdə, obalardadır. Dağlıcadan sonra İğdır- Naxçıvan yolunda 14 polisin şəhid edilməsi göstərdi ki, terror Azərbaycanın da bir addımlığındadır. Əhalisinin böyük hissəsinin Azərbaycan türklərindən ibarət İğdır da artıq PKK yuvasıdır.
Bir öncəki yazımda Dağlıca terrorundan sonra Türkiyə dövlətinin 1915-ci ildə ermənilərin təhdid oluşdurması səbəbindən Şərqi Anadolu bölgəsindən köçürülməsi örnəyini misal çəkmişdim. Buna bənzər bir qərarın verilməsinə işarə etmişdim. Bəlkə Türkiyə gerçəkdən bunu düşünsün. Dövlət onun təhlükəyə atacaq hər hansı təhdidə adekvat cavab verməlidir. Bəlkə də bir qədər sonra belə bir radikal qərar almaq Türkiyə üçün çətin olacaq. Amma indi o məqam yetişməyibmi? I Dünya savaşının ölüm-qalım aylarında Osmanlının verdiyi həmin qərar, çıxardığı 27 may 1915 Tehcir qanunu o zaman cəbhədə ordunu bir az rahatlaşdırmışdı. Osmanlı bundan sonra Şərq cəbhəsində toparlanmış və Rusiyaya dirəniş göstərmişdi. İndi də müharibə qapıdadır. Türkiyə istəsə də, istəməsə də bu savaşa sürüklənmişdir. Bu qarışıqlıqlardan baş çıxarması və doğru qərarlar verməsi üçün Türk milləti və dövləti bu PKK gədalarına dərs verməlidir. Baxın, PKK- ya kimlər yardım etmir? Almaniya, İsrail, Suriya, İran, ABŞ-ın özü... Niyə səsləri çıxmır bu günlər? PYD-yə silah göndərəndə Avropa bilmirmi ki, bu silahlar oradan da PKK ya ötürüləcək. Kİm bimir ki , PKK elə PYD-dir.
Yenə deyirəm, bu ərazidə yaşayan əhalinin artıq dövlət üçün təhlükə törətdiyini İğdırda baş verən terror olayı da təsdiq etdi. Dağlıca sərt qayalıqlar arasında olan bir bölgədir. PKK burada mağaralarda düşərgə salıb. Bəs İğdır? Terrorun baş verdiyi yer tamamailə düzənlikdir. Ermənistan sərhəddinə 15 km-dir. Dəfəllərlə bu yolla İğdırdan Dilucu qapısına, oradan da Naxçıvana getmişəm. Yaxında kiçik bir kənd var. Ağrı dağı çox uzaqdadır, yaxında heç bir təpə də yoxdur. Bəs bu terroristlər hardan çıxıblar. Təbii ki, yaxındakı Hasanhan kəndindən. Və kim mənə isbat edə bilər ki, bu qanlı eyləmi kəndin sakinləri etməyiblər. Sözümün canı odur ki, artıq PKK içimizdədir. İmralı canisi bir zamanlar demirdimi ki, artıq PKK partizan müharibəsindən sokak savaşaına keçməlidir. Budur artıq PKK taktika dəyişikliyi etmişdir və Türkiyə dövləti də terrora qarşı mübarizədə artıq əvvəlki üsullardan imtina etməlidir. Gecəyarısı 35 -40 F-16 PKK düşərgələrini bombalayır. Məgər PKK gecələr çöldə olur? Bu qayalıqların içərisində illərlə özünə yuva qurmuş bu canilərin mağaralarda silahların ulaşmadığı bir yerə gizləndiklərini kim bilmir? Həm də bu əməliyyatlar nədən sürəkli aparılmır? Gözləyirlər ki, PKK hücum etsin, sonra həmin ərazidə hərbi tədbir görülsün? Sözüm odur ki, ənənəvi mübarizə üsullarından imtina edilməlidir. Bir az da tarixə baxılsın. 1915 və ondan öncə bölgədə olan- bitən olaylar incələnsin və nəticə çıxarılsın. İndi biz bu tezi müdafiə etməkdəyik ki, 1915-də erməni əhalinin bu ərazilərdən köçürülməsi məcburi addım idi. İndi nə qədər şəhid verilməlidir ki, məcburi bir addım atılsın. Əgər PKK torpaq istəyirsə onlara boşalmış Suriya əraziləri göstərilməlidir. Onsuz da bu ərazinin böyük bir hissəsinə PYD ( bu PKK-dır) nəzarət edir...
Türkiyə ayaq üstədir. Türkiyəmizin başı sağ olsun. Şübhə etmirəm ki, Böyük Türk milləti bu sınaqdn çıxacaq. Türkiyə nəinki PKK kimi oyuncaqlara , həmdə onun arxasında dayanan türk düşmənlərinə layiqli dərsini verəcəkdir. Bu gün bu şüara daha çox ehtiyac vardır: “Nə mutlu Türküm deyənə...”