Modern.az

Müdafiə Nazirliyində yeni idarə rəisi təyin olunub

Müdafiə Nazirliyində yeni idarə rəisi təyin olunub

Təhsil

9 Sentyabr 2015, 12:26

Azərbaycan Müdafiə Nazirliyində (MN) yeni kadr təyinatı olub. “Report”un xəbərinə görə, polkovnik İlqar Məmmədov MN-in İşlər İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

İ.Məmmədov bu vəzifəyə qədər nazirliyin İşlər İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, İşlər İdarəsinin əvvəlki rəisi, polkovnik Azad Əsədov xəstəliyi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən azad edilib. O, sentyabrın 8-də dünyasını dəyişib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu