“Bölgələrdən paytaxta gələnlərin sayında sıxlıq müşahidə edilir”.
Bu haqda Modern.az saytına Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.
O qeyd edib ki, yeni dərs ilinin başlanmasına bir neçə gün qalmasına baxmayaraq, sərnişinlərin sayında artım var: “Hər il olduğu kimi bu il də yeni dərs ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı hiss olunur və sentyabrın 10-dan sonra daha da artacağı gözlənilir.
Buna görə də Sərnişin Departamenti hazırlıq işləri görür. Ehtiyac yarandığı təqdirdə qatarlara əlavə vaqonlar qoşulur”.
Gülşən RAUFQIZI