Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

9 Sentyabr 2015, 13:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Modern.az-a verilən məlumata görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir. Sentyabrın 10-11-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amil olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu