Modern.az

YAP-dan etiraz - "Rektorlar barədə hər hansı qərar yoxdu"

YAP-dan etiraz - "Rektorlar barədə hər hansı qərar yoxdu"

Təhsil

9 Sentyabr 2015, 17:42

Növbəti parlament seçkiləri ərəfəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) öz namizədlərinin seçki siyahısını açıqlamağı ləngitməsi müzakirələrə səbəb olub.

Modern.az-ın məlumatına görə, hakim partiyanın seçki siyahısını açıqlamağı gecikdirməsinin səbəblərindən biri idarəetmədə rəhbər olan şəxslərin, o cümlədən rektorların deputat olmaları ilə bağlıdır. Bildirilir ki, qarşıdakı seçkilərdə dövlət ali təhsil müəssisələrinin rektorları ilə bağlı belə  qərar verilib ki, ya deputat olmalıdırlar, ya da rektor...

Yeni Azərbaycan Partiyasının mətbuat xidməti Modern.az-ın bu gün yayımladığı həmin məlumatı təkzib edib. Mətbuat xidmətindən bildirilib ki, YAP-ın vahid siyahı ilə bağlı, o cümlədən rektorlar barədə hər hansı qərarı yoxdur.

“Bu tamamilə əsassız məlumatdır”-deyə mətbuat xidmətindən bildirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu