Modern.az

Elmar Məmmədyarovdan AÇIQLAMA: “Diplomat adına ləkə gətirənlərə qarşı ən sərt intizam tədbirləri görüləcək”

Elmar Məmmədyarovdan AÇIQLAMA: “Diplomat adına ləkə gətirənlərə qarşı ən sərt intizam tədbirləri görüləcək”

Təhsil

9 Sentyabr 2015, 22:15

Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycana qayıtmaq istəməyən diplomatla bağlı məsələyə münasibətini bildirib.

Modern.az xəbər verir ki, nazir TDƏŞ-in Astanada keçiriləcək xarici işlər nazirlərinin şurasında iştirak etmək üçün Qazaxıstana yola düşməzdən əvvəl KİV nümayəndələrinə açıqlama verib.

“Bütün dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf çıxan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcəkdir. 

Möhtərəm cənab Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidirlər ki, Xarici İşlər Nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə cənab Prezidentimizin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edirlər”. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu