“Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko hesab edir ki, fəaliyyətdə olan parlament fraksiyası Ukrayna hökumətinin tərkibini dəyişməlidir.
“Bu gün məlum bir həqiqət var – fəaliyyətdə olan hökumət, təəssüf ki, vacib islahatları apara bilmir, korrupsiyadan imtina edə bilməyib, oliqarx sistemindən vaz keçməyib və bu gün koalisiyanın hökumətin əvəzlənməsi haqda qərar qəbul etməsi lazımdır”.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Timoşenko sentyabrın 9-da keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, parlamentdəki koalisiyaya iri fraksiyaların nümayəndələri rəhbərlik etməlidir.
Bundan əvvəl “Pyotr Poroşenkonun Bloku” parlament fraksiyası rəhbərinin birinci müavini İqor Kononenko bəyan edib ki, Ukraynanın baş naziri Arseniy Yatsenyuk hökumətin yenidən formalaşdırılması təklifini hazırlayır.
Modern.az