Modern.az

Səbail sakini özünü 8-ci mərtəbədən atmaq istəyib

Səbail sakini özünü 8-ci mərtəbədən atmaq istəyib

Təhsil

9 Sentyabr 2015, 23:24

Bu gün Bakıda intihara cəhdin qarşısı alınıb.  

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda bir nəfər 10 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:51-də başa çatıb. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu