Bir müddət əvvəl Beyləqanda 3 yaşlı uşağın əlini ət maşınında qalması haqda məlumat yayılmışdı. Artıq körpənin əlini maşından çıxarmaq mümkün olub.
Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər daxil olub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində yaşayan azyaşlı uşağın əlinin ət maşının içərisində sıxılmış vəziyyətdə qalması və onun Ağçabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qarabağ Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə uşağın əlini ətçəkən maşından çıxarıblar.
Modern.az