Türkmənistandan 188 zəvvar ölkə başçısı Qurbanqulu Berdımuhəmmədovun təşkilatçılığı ilə Həcc ziyarəti üçün xüsusi təyyarə ilə Səudiyyə Ərəbistanına göndərilib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həmin zəvvarları “Türkmənistan hava yolları” şirkəti geriyə də xüsusi reyslə qaytaracaq.
Xüsusi uçuşlar “Boing -757” təyyarələri ilə həyata keçiriləcək.
Modern.az