“Real” Madrid futbol klubunun prezidenti Flarentino Peres yaxın vaxtlarda klubun forvardı Kriştianu Ronaldunu satmaq niyyətində olmadıqlarını deyib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, klub prezidenti Peres PSJ klubunun futbolçunu almaqda israrlı olmasına da reaksiya verib.“Əgər PSJ Ronaldunu istəyirsə, bunu çox asan həll etmək olar: onlar 1 milyard avro pul ödəməlidirlər. Futbolda nəyisə proqnozlaşdırmaq çətindir, amma 2016-cı ildə portuqaliyalı oyunçunu klubda saxlamaq fikrindəyik”.
Vüqar İsmayılov