Rusiyanın Xəzər donanmasının 40 hərbi gəmisi və 10 minə qədər desantçı döyüşə hazır vəziyyətə gətirilib.
Modern.az Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Mərkəzi hərbi dairəsinin döyüş hazırlığının yoxlanması məqsədilə atılan addım zamanı İvanovo, Volqoqrad və Ulyanovsk vilayətlərindəki Hava Desant Qoşunları da bölgəyə gətirilib.Mahaçqala və Həştərxanda 3 min nəfərlik şəxsi heyəti olan donanma mina və diversiya əleyhinə taktiki məşqlər, artilleriya atışları, dəniz kommunikasiyalarının qorunması və s. taktiki təlimlər keçirəcək.
Ötən gün Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Mərkəz Hərbi Dairəsinin 95 min hərbi qulluqçusunun döyüş hazırlığının yoxlanılmasına başlanılıb.
Vüqar İsmayılov