Modern.az

"Transgate" şirkətinin bütün marşrut avtobusları xətdən çıxarılıb

"Transgate" şirkətinin bütün marşrut avtobusları xətdən çıxarılıb

Təhsil

10 Sentyabr 2015, 13:33


Bakıda "Transgate" MMC-yə məxsus bütün marşrut avtobusları xətdən kənarlaşdırılıb. Şirkətə məxsus marşrut xətləri isə başqa daşıyıcılara verilib.

Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və nəticədə xətdən uzaqlaşdırılıb: "Bu yaxınlarda "Transgate"ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xətdən çıxarıldı. Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir".

Qeyd edək ki, "Transgate" MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.

Xatırladaq ki, "Transgate" MMC nəqliyyat naziri Ziya Məmmədovun ailəsinin himayəsində olan şirkətlərdən biridir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu