Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

10 Sentyabr 2015, 13:34


Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu