Modern.az

Gənc alim deputat seçkilərinə qatılır

Gənc alim deputat seçkilərinə qatılır

Təhsil

10 Sentyabr 2015, 14:47

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov da bu il noyabr ayının 1-də ölkədə keçiriləcək parlament seçkilərində namizəd kimi mübarizə aparacaq.

Faiq Ələkbərov Modern.az-a bildirib ki, o, parlament seçkilərində Binəqədi 8 saylı 1-ci seçki dairəsindən bitərəf namizəd kimi mübarizə aparacaq. F.Ələkbərovun sözlərinə görə, həmin seçki dairəsindən onun namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülüb.

F.Ələkbərov onu da bildirib ki, deputatlığa namizədliyinin irəli sürülməsinə razılıq verməsində əsas məqsədi cəmiyyətdə yeni ziyalılara ehtiyacın olnasıyla bağlıdır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti artıq milli ziyalı mövqeyini də görməlidir. 

"Mən deputat seçiləcəyimə inandığım üçün buna razılıq verdim. Çünki Azərbaycan cəmiyyətində yeni sözə və milli aydına çox ehtiyac var. Mən ilk növbədə aşılanmaqda olan milli dəyərlərimiz üçün mücadilə verəcəm. Əgər seçicilər layiqli namizəd görsələ,r tərəddüdsüz səs verəcəklər. Binəqədi seçicilərinə inamım tamdır. Onlar bütün hallarda layiqli, mövqeyi olan namizədə səs verəcəklər. Eyni zamanda deputat seçilərəmsə, AMEA-nın və onun işçilərinin nüfuzunu parlament səviyyəsində bərpa etməyə çalışacam. İlk növbədə, "Elm haqqında" qanunun alimlərin xeyrinə həll edilməsi üçün əlimdən gələni edəcəm. Alimə alim kimi yanaşmayan cəmiyyət kordur".

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu