Milli Şura 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə Milli Şuranın Mərkəzi Koordinasiya Şurasının seçki ilə bağlı bu gün keçirdiyi iclasında qərar qəbul olunub.
Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev Modern.az saytına açıqlamasında bildirib ki, qurum Azərbaycandakı mövcud vəziyyəti, seçki mühitini nəzərə alıb, bu addımı atıb.Modern.az